"...bu, bizim üçün böyük problem yaradacaq” - Makrondan Türkiyənin Afrindəki əməliyyatına reaksiya

img

02-02-2018 [00:30]


"Türkiyə Xarici İşlər nazirinin açıqlaması göstərir ki, Afrində aparılan əməliyyatlardan sonra ordunun tutduğu mövqelərdən daha da irəli getmək niyyəti yoxdur. Həmçinin belə anlaşılır ki, Türkiyə ordusu sözügedən bölgədə uzun müddət qalmayacaq".

Bu sözləri Fransa Prezidenti Emmanuel Makron Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun tənqidlərinə cavab olaraq deyib.

"Əməliyyatın məqsədi terrorizmlə mübarizədən çıxıb başqa istiqamətə yönələrsə, bu, bizim üçün böyük problem yaradacaq”, - Fransa lideri bildirib.

Qeyd edək ki, M.Çavuşoğlu Makronun "Zeytun budağı” əməliyyatı ilə bağlı bundan öncəki açıqlamasını sərt şəkildə tənqid etmişdi: "Afrinlə bağlı bizə Fransa, yaxud başqa bir ölkə dərs verə bilməz. Avropalıların belə ikiüzlülüyü var. Üzümüzə "haqlısınız” – deyirlər, lakin kənarda əksini söyləyirlər. Biz Fransa deyilik ki, Əlcəzairi işğal edək. Bu, işğal deyil. Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik və oranı terrorçulardan təmizləməyi hədəfləmişik”.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA