“Atena” şirkətinin sahibi barəsində cinayət işi başlanıb - 500 min dollarlıq qalmaqal

img

09-01-2018 [11:25]


Azərbaycanda məşhur iş adamı yarım milyondollarlıq dələduzluqda ittiham edilir.

"Report”un məlumatına görə, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dollarını alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, "Atena” süd məhsulları kombinatının təsisçisi və "Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.


***

 "Atena” MMC-dən "Report”a bildirilib ki, Mülhazil Balakişiyevin bu şirkətlə əlaqəsi yoxdur: "O, "Ketchi” süd məhsulları şirkətinin sahibidir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR