Deputat və jurnalistlər... - "Jurnalistlər Binası"nda xidmət haqqını ödəməkdən yayınanların adları elan olunacaq

img

04-09-2025 [17:08]


Bakının Səbail rayonunda yerlşən Jurnalistlər Binasında bəzi tanınmış jurnalistlər, vəzifə sahibləri yanvar ayından bəri bina inventarlarının saxlanması, zibil, ümumi işıqlandırma, lift xidməti, mühafizə üçün nəzərdə tutulan aylıq xidmət haqqını ödəməkdən yayınrlar.

Bu barədə Mia.az-a binanın idarəçiliyinə cavabdeh olan Səbail-15 MMMC-dən məlumat verilib.

Bildirilib ki, sentyabrın 10-dək ödəniş etməyənlərin siyahısı elan olunacaq: "Çox təəssüf ki, ödəniş etməmək üçün hər cür bıəhanə gətirən, yaxud bilərəkdən ödəməyənlər arasında TV əməkdaşlarından tutmuş deputatlara qədər var. Biz onlara dəfələrlə xəbərdarlıq etsək də nəticəsiz qalıb. Onlara sonunsuz xəbərdarlıq edilib. Əgər sentyabrın 10-na kimi ödəniş etməsələr, onların adları ictimaiyyətə elan olunacaq, üstəlik, müvafiq hüquqi addımlar atılacaq".

Xatırladaq ki, "Jurnalistlərin binası"nda hər kv.metr üçün 35 qəpik "kommunal" alınır: "Belə ucuz xidmət haqqı ən ucqar yerlərdə belə yoxdur. Təəssüf ki, xərclərə güc-bəla ilə yetişən bu az məbləği belə ödəməkdən yayınanalar var. Ağır hal budur ki, ödəniş etməyənlər hətta burada komfortları üçün hər şeyi tələb edir. hətta şantaja belə əl atırlar..."

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR