Goranboyda kütləvi dava: 3 nəfər bıçaq xəsarəti alıb, ölənlər var

img

04-01-2018 [23:28]


Goranboyda kütləvi dava olub.

Mia.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 3 nəfər bıçaq xəsarəti alıb. 

Onlardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan biri 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğludur. O, dava zamanı çoxsaylı bıçaq yarası alıb. Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib

Dava zamanı bıçaq xəsarəti alan daha bir nəfər - Dəlməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına Xəstəxanaya aparılarkən yolda ölüb.

Davanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.


Digər xəbərlər
SON XƏBƏRLƏR