Vladimir Putin İlham Əliyevi Yeni il münasibətilə təbrik etdi

img

30-12-2017 [14:18]


Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.

Putin məktubunda Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin tamam olmasını vurğulayıb. Daha sonra bu yubileyin müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etməsi ilə əlamətdar olduğunu qeyd edib.

Rusiya prezidenti iki ölkənin xalqlarının maraqlarına cavab verən konstruktiv dialoq və Rusiya-Azərbaycan tərəfdaşlıq əlaqələrinin gələcək inkişafına ümid etdiyini də söyləyib. 

Vladimir Putin məktubunda ikitərəfli əlaqələrin inkişafı Cənubi Qafqaz və onun hüdudlarından kənarda təhlükəsizliyin və stabilliyin möhkəmlənməsinə xidmət etməsinə də toxunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR