Türkiyədə öldürülən “Karlov müəmması” çözülür: ruslar kompüterdən silinən faylları bərpa etdi - Nələr üzə çıxdı?

img

19-12-2017 [20:25]


Rusiyanın Ankaradakı keçmiş səfiri Andrey Karlovun ölümünə dair yeni məlumat yayılıb. 

"Sputnik Türkiyə" xəbər verir ki, səfirin öldürülməsi işini Türkiyə hüquq-mühafizə orqanları ilə birgə araşdıran rus istintaq qrupu, Karlovu qətlə yetirən Mevlüt Mert Altıntaşın kompüterindən silinən faylları geri qaytarıb.

Ruslar öncə Altıntaşın kompüterindəki hard diski türk heyətdən istəyiblər. Daha sonra həmin diski Rusiyada adı gizli saxlanılan proqramçıya göndəriblər. Nəticədə kompüterdən silinən bütün fayllar geri qaytarılıb.

Məlum olub ki, kompüterin yaddaşından Fətullah Gülən camaatından bəhs edən 690 ədəd fayl silinib. Rusiyalı heyət silinən faylların içərisində "İŞİD" və "əl-Qaidə" ilə bağlı hər hansı sənədə rast gəlinmədiyini açıqlayıb.

Xatırladaq ki, rəsmi Ankara hadisənin baş verdiyi 19 dekabr 2016-cı il tarixdən indiyədək, qətli FETÖ terror təşkilatının sifariş verdiyini dəfələrlə bəyan etmişdi

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA