Uzaq Şərqlə bağlı proqnoz - Dağıdıcı zəlzələ olacaq

img

19-12-2017 [18:26]


Yaponiyada zəlzələlərin tədqiqi ilə məşğul olan komissiya Hokkaydo adasından şimalda, eləcə də Kuril adaları yaxınlığında 8,8 bal gücündə zəlzələ ola biləcəyini proqnozlaşdırıb.

Trend-in məlumatına görə, araşdırmalara əsasən, həmin bölgədə 40 faiz ehtimalla yaxın 30 il ərzində güclü zəlzələ ola bilər.

Bundan əlavə, 7,7 bal gücündə zəlzələnin olması ehtimalı 70 faiz təşkil edir.

Qeyd edək ki, Kuril-Kamçatka çökəkliyində 1978-ci ildə 7,2 bal, 1993-cü ildə 7,5 bal gücündə zəlzələ baş verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA