Yəhudi nazirdən Ankara və Bakıya qondarma "erməni soyqırımı" mesajı: "Azərbaycan bizə çox vacib ölkədir..."

img

19-12-2017 [11:14]


"Erməni soyqırımı” mübahisəli və nəzəri məsələdir”.

Bunu İsrailin müdafiə naziri Avidqor Liberman "RTVI” televiziyasına müsahibəsində deyib. 

Müxalifətdə olan "Yeş Atid” Partiyasının sədri Yair Lapidin İsrailin qondarma "erməni soyqırımı”nı tanıması üçün parlamentə təqdim etdiyi layihəyə münasibət bildirən nazir vurğulayıb ki, mübahisəli, nəzəri və yalnız tarixə aid olan bu məsələni yenidən qaldırmağa ehtiyac yoxdur: "Bunun İsrailin hazırkı mövqeyinə konkret olaraq təsir göstərəcəyinə inanmıram. Tarix baxımından da bu məsələdə çoxlu mübahisəli məqamlar mövcuddur”.

A.Liberman İsrailin "erməni soyqırımı”nı tanınmamasını ölkəsinin Azərbaycanla sıx əməkdaşlıq etməsi ilə əlaqələndirib: "Azərbaycanla münasibət bizim üçün çox vacibdir. Məsələni yüz dəfə müzakirə etmək lazımdır”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA