19-12-2017 [10:24]
Mia.az Trend-ə istinadən bildirir ki, bəyanatda qeyd olunub ki, Azərbaycan Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətləri yüksək qiymətləndirir. Yaxın zamanlarda Prezident İlham Əliyev tərəfindən də qeyd olunduğu kimi, "Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir".
Bildirilib ki, Aİ və onun üzv dövlətləri Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşlarıdır. Azərbaycan tərəfi əmindir ki, enerji təhlükəsizliyi, hüquq dövlətinin və iqtisadi əlaqələrin təşviqi sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur.
Ayrıca nümayəndə heyəti vurğulayıb ki, Prezident İlham Əliyevin 2017-ci ilin fevralında Brüsselə səfəri qarşılıqlı münasibətlərin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib. Bu görüş Avropa İttifaqı ilə Azərbaycan arasındaki əlaqələrdə yeni bir fəsil açıb. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk da öz növbəsində Azərbaycan ilə Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişinin qarşılaşdığımız yeni qlobal, siyasi və iqtisadi maraqları və eləcə də önümüzdəki çətinlikləri nəzərə alaraq, əlaqələrimizin əhatəsini genişləndirəcəyinə ümid ifadə edib.
Azərbaycan tərəfinin çıxışında təəssüflə qeyd edilib ki, ikitərəfli münasibətlərdə müsbət dinamikanın müşahidə olunmasına baxmayaraq, bu, ATƏT çərçivəsində öz əksini tapmır. Vyanada yerləşən Avropa İttifaqı nümayəndəliyi Azərbaycan ilə dialoqa və əməkdaşlığa çox az maraq göstərir və ATƏT-i qarşıdurma və ittihamlar üçün bir platforma kimi görür. Azərbaycan tərəfinin davamlı sorğularına baxmayaraq, Aİ nümayəndə heyəti tərəfindən Azərbaycan üçün ciddi narahatlıq törədən məsələlərdən biri olan təhlükəsizlik və münaqişə ilə bağlı məsələlərdə narahatlıqlarımızı aradan qaldırmaq istiqamətində addımlar atılmayıb.
Aİ-nin ATƏT-dəki nümayəndəliyi beynəlxalq hüquqa əsaslanan və ATƏT-ə üzv olan ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına, onların suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini müdafiə etsə də, nədənsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə prinsipial mövqe nümayiş etdirmir. Avropa İttifaqı nümayəndəliyi Bakıda və Brüsseldə yüksək səviyyəli görüşlərdə yüksək çinli Aİ rəsmiləri tərəfindən Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə ifadə edilən dəstəyi təkrarlamaqdan yayınır: "Aİ-nin ATƏT-dəki nümayəndə heyətinin bu ikili standart yanaşması narahatlıq qaynağı olaraq qalır və heç bir şəkildə qarşılıqlı anlaşma və əməkdaşlığı genişləndirmək üçün ən yüksək siyasi səviyyədə müəyyən edilmiş ümumi məqsədimizə kömək etməyəcəkdir", - deyə bəyanatda vurğulanıb. Həmçinin qeyd edilib ki, Azərbaycan tərəfi hər zaman dialoqa hazırdır və bu istiqamətdə zəruri addımların atılacağına ümid edir.
KİV: İran və ABŞ nüvə sazişi üzrə danışıqları bərpa edir
Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib
Trampın xüsusi elçisi sabah İsrailə səfər edəcək
İranda iğtişaşlarda iştiraka görə 4 əcnəbi həbs edilib
5 rayonda tədbirə 310 min manat xərclənəcək - Komitə yeni ilin ilk ayından büdcənin "başını açıb"
Niderland vətəndaşı Ermənistanda həbs edilib
"Fənərbağça" gənc oyunçunu icarəyə götürüb
"Barselona" Fermin Lopezin müqaviləsini uzadıb
Portuqaliya "Kristin" fırtınasından sonra bərpa işləri üçün 2,5 milyard avro ayıracaq
"Yuventus" Mauro İkardini radarına alıb - Danışıqlar başlayıb
"Fatih Karagümrük" oyunçusu ilə yollarını ayırdığını açıqlayıb
"Beşiktaş" Aqbadu üçün yenidən danışıqlara başlayıb
Ciro İmmobile "Paris FC" klubuna keçid edib
Sabahın hava proqnozu açıqlanıb
Nigeriya qoşunlarını Benindən çıxarır
Onlar İTV-nin Yayım Şurasının üzvü seçildi - MM təsdiqlədi
"Pensiyalar yaxın günlərdə artacaq" - Deputat
Baş Prokurorluqda yeni təyinat olub
İKİ KOMİSSİYA YENİDƏN FORMALAŞDIRILDI - Bu deputatlar üzv oldu
Manyak milyarderdən hamilə qalan şahzadə üzr istədi: "Peşmanam, bu, utanvericidir!"
Sedat Peker məşhur aktrisanın borcunu bağlayıb - 2 milyon TL-dən çox
Müdafiə Nazirliyi açıqlama yayıb
NAXÇIVANLA BAĞLI QƏRAR TƏSDİQLƏNDİ - Ali Məclis və Nazirlər Kabinetinin səlahyyəti azaldı - Başqa hansı dəyişikliklər var?
Azərbaycan Gənclərinin XI Forumu keçirilir - FOTO
"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidirlər - VİDEO
Məktəblər dezinfeksiya edilir ki? - Nazirliik eyni şirkətlə 5.6 milyonluq sövdələşmədə imzaladı
Milli Məclisin iclası başlayıb
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
“Ballı” Marketlər Şəbəkəsinin sahibini öldürmək istəyiblər
“Sirab”ın sahibi yeni şirkət yaradıb
Epşteyn qalmaqalı və kabus kimi suallar... - TƏHLİL
Prezident İlham Əliyev gənclərə müraciət ünvanlayıb - MƏTN
"Fənərbağça"nın hücumçu klubdan ayrılır?
Türkiyədə bələdiyyə sədri ölümdən son anda xilas oldu - VİDEO
Meyxanaçı: "Hər şeyi darmadağın etdilər" - VİDEO
Müxalifət Makrona qarşı "ayağa qalxdı" - Epşteynlə nə əlaqəsi var?
İlham Əliyev: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"
ABŞ-da aksiya: onlarla nümayişçi həbs edilib
Suriyada İsrailin "çətir"i atında olan druzlarla hökumət qüvvələri üz-üzə gəlib - Döyüş davam edir