ABŞ veto hüququndan istifadə etdi - Qüds qərarına qarşı qətnamə BMT-də bloklandı

img

19-12-2017 [00:59]


ABŞ veto hüququndan istifadə edərək BMT Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınmasına qarşı qətnaməni bloklayıb.
 
APA-nın "İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Misir tərəfindən hazırlanan sənəddə Qüdsün İsrailin paytaxtı kimi tanınmasının təəssüf doğurduğu bildirilib.

Qətnamə layihəsinə əsasən, Qüdsün statusuna dair hər hansı qərar hüquqi qüvvəyə malik deyil və ləğv edilməlidir. 

Qeyd olunur ki, ABŞ-ın adı qətnamədə hallanmayıb.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA