Həvva Məmmədova: "Sarkisyanın bəyanatları əslində qorxunun əlamətidir"

img

03-09-2010 [12:59]


?Azərbaycanlılar Qarabağa qayıdacaq və öz torpaqlarının sahibi olacaq. Ona görə də, ermənilərin seçim etmək vaxtı çoxdan çatıb?. Bu fikirləri YAP-ın rəsmi saytına açıqlamasında ?Azərbaycan Respublikası Dağlıq Qarabağın azərbaycanlı icması? İctimai Birliyinin idarə heyətinin üzvü, Milli Məclisin deputatı Həvva Məmmədova Ermənistan prezidenti Serj Sarkisyanın son bəyanatlarına münasibət bildirərkən deyib. H.Məmmədovanın sözlərinə görə, Ermənistanda hakimiyyətdə olanların əksəriyyəti qarabağlılardır. Onlar Qarabağda azərbaycanlı kəndlərinin işğal olunmasında, talan edilməsində, dinc insanların ölümündə iştirak ediblər. Bu terrorçu dəstənin başında bu gün Serj Sarkisyan dayanır. ?Nəinki azərbaycanlılar, Ermənistanda yaşayan əhali də Sarkisyana nifrət edir. Çünki o, Ermənistanı ağır duruma salıb. Ermənistanda insanlar ac-yalavacdır, orduda isə hərcmərclik, fərarilik baş alıb gedir. Erməni hərbçiləri Azərbaycan tərəfinə keçir. Bütün bunlar göstərir ki, Ermənistan hakimiyyətinin başında terrorçu dayanıb. O, heç zaman dövlətin və millətin qədrini bilməz? - deyə H.Məmmədova vurğulayıb. H.Məmmədova qeyd edib ki, bu gün Qarabağda yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin ?Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqların mövzusu ola bilməz? fikrini tam dəstəkləyir. Onun fikrincə, Sarkisyan Azərbaycan rəhbərinin mövqeyindən qorxuya düşüb: ?Sarkisyanın ultimativ xarakterli bəyanatları əslində qorxunun əlamətidir. O, bilir ki, artıq dünya ictimaiyyəti həqiqəti anlamağa başlayıb. Dünya erməni yalanlarından doyub?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA