Sarkisyan rəsmi protokol qaydalarını pozub

img

23-08-2010 [12:08]


İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi sammiti başa çatıb. Görüş zamanı əsas müzakirə mövzusu olan Qırğızıstana yardım məsələsində vahid fikir olmadığından qərar qəbul edilməyib. İlkin təklifə əsasən KTMT üzvləri Qırğızıstana xüsusilə yardım göstərilməsində vahid mövqeyə gəlməli idilər. Amma tərəflər müzakirələrin davam etməsini üstün tutublar. Artıq üzv ölkələrin rəhbərləri İrəvanı tərk edib. Ermənistan prezidenti Serj Sarkisyan isə hətta rəsmi protokol qaydalarını pozaraq Rusiya prezidentini şəxsən özü ötürüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA