Rusiya prezidenti Dmitri Medvedevin səfər proqramı açıqlanıb

img

02-09-2010 [01:37]


Rusiya prezidenti Dmitri Medvedev sentyabrın 2-də Azərbaycana ikigünlük rəsmi səfərə gəlir. Rusiya prezidentinin köməkçisi Sergey Prixodkonun verdiyi məlumata görə, Medvedev Bakıda iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq, Xəzərdə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək niyyətindədir. Səfərin yekunlarına görə dövlət sərhədi haqqında müqavilə və Samur transsərhəd çayının su resurslarından səmərəli istifadə və onun mühafizəsi haqqında hökumətlərarası saziş imzalanacaq. ?Müqavilədə Rusiya, Azərbaycan və Gürcüstan dövlət sərhədlərinin kəsişmə nöqtəsindən Xəzər dənizinə qədər dövlət sərhədinin keçəcəyi xətt təsbit ediləcək?, deyə Prixodko bildirib. Su resursları ilə bağlı sazişə gəlincə, sənəd Samur sularının paritet əsaslarla paylanmasını birgə idarə edəcək Rusiya-Azərbaycan komissiyasının yaradılmasını nəzərdə tutur. İki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq məsələlərinə də xüsusi diqqət yetiriləcəyi nəzərdə tutulur. 2009-cu ildə Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 1,78 milyard dollar təşkil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA