Ərdoğandan Lozanna açıqlaması: "Onların bu xəyalı əsla gerçək olmayacaq"

img

10-12-2017 [18:59]


"Kiprli yunanlarının xəyalı əsla gerçək olmayacaq".
 
Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
O bildirib ki, Kipr türkləri heç vaxt onların istədikləri kimi azlıqlar siyahısına düşməyəcək:
 
"Türkiyənin Yunanıstan və bəzi ölkələrlə əlaqələrini təyin edən Lozanna sülh müqaviləsidir. Türkiyə "Lozanna”ya hörmət edir və bütün digər müqavilələrdə olduğu kimi öhdəliklərini yerinə yetirir. Bu gün 94 il əvvəldən fərqli olaraq, yeni şərtlər və həll yolları var. Biz prossesin şərtlərini yaxşı təhlil etməli və dəyişən şərtlərə əməl etməliyik. Yaxşı niyyət və səmimiyyət varsa, həll olmayan problem yoxdur”.
 
Lamiyə Əhmədli

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA