09-12-2017 [21:16]
Seymur VERDİZADƏ
***
Dost 50 yaşına gəlib çatdı. Əlli il əsrin yarısıdır. Dost bu 50 ilin tam yarısını yazı-pozuya, yaradıcılığa həsr edib. Onun vəzifəsi yazmaqdır. Dost heç kimdən ənam gözləmədən, orden-medal ummadan öz işi ilə məşğuldur. Dost yaza-yaza qocalır. Amma illər onu təkcə qocaltmır, həm də ucaldır...
Dostun adı Etibardır. O, etibarlı dostdur. İllərin sınağından alnıaçıq, üzüağ çıxıb. Bizim nəslin qəribə taleyi var. Bizi təkcə söz sınağa çəkməyib. Bizi həm də ehtiyac, yoxsulluq sınağa çəkib. Etibar bu sınaqlardan da üzüağ çıxıb. O, təkcə sözün üzünü ağartmayıb. Etibar həm də dostlarının üzünü ağardıb. Buna görə də onun adı çəkiləndə dostlarının üzü gülür.
Etibar Cəbrayıloğlu xüsusi təqdimata ehtiyacı olmayan beş-altı qələm sahibindən biridir. Sözə, söz sənətinə yaxından-uzaqdan dəxli olan hər kəs onu tanıyır. Etibar Cəbrayıloğlunu tanımaq üçün onun bircə yazısını oxumaq kifayətdir. Etibarın özünəməxsus yazı üslubu var. Etibar heç kimi təkrarlamır. Etibar oxucunu yormur, onun canını boğazına yığmır. Əksinə, onun yazısını oxuyanda, oxucunun çöhrəsi işıqlanır, dodaqlarına təbəssüm qonur. Etibar içindəki işıqdan oxucuya da "pay” göndərir. Bir-birini sürətlə əvəz edən illər onun gözlərinin nurunu azaltsa da, qəlbindəki işığa xətər yetirə bilməyib. Bu işıq hələ çox qaranlıqları aydınladacaq...
Bizim tanışlığımız uzaq 90-cı illərə təsadüf edir. Ömür vəfa etsə, üç ay sonra dostluğumuzun 20 illiyini qeyd edəcəyik. Adını indi də həyəcanla çəkdiyimiz "Bu gün” qəzeti, o təmirsiz, darısqal redaksiya sözün həqiqi mənasında əsl jurnalistika məktəbi idi. Bizlər – qəzetin gənc və enerjili redaktorları öyrədə-öyrədə həm də öyrənirdik. Hamı bir-birindən öyrənirdi. Amma hamı ən çox Etibardan öyrənirdi. Bu 30 yaşlı oğlan ən azı 30 illik staja malik olan jurnalistlər qədər təcrübəli idi. O vaxt ən böyük çətinliyimiz sərlövhə seçərkən olurdu. Son dərəcə tələbkar insan olan baş redaktorumuz Nəsib İsmayılov qoyduğumuz başlıqların əksəriyyətini bəyənmirdi. Bu vaxt köməyimizə Etibar Cəbrayıloğlu çatırdı. Yazılara ad qoymaq məsələsində peşəkar olduğu üçün bəzən zarafatla ona Dədə Qorqud deyirdik. Dədə Qorqud bu mənsəbə saçını-saqqalını ağardandan sonra çatmışdı. Bizim Dədə Qorqudun isə qara saçlarına hələ ağ iz düşməmişdi. O, bu adı yüksək peşəkarlığı sayəsində qazanmışdı.
Doxsanıncı illərin oxucuları xatırlayarlar, Etibar Cəbrayıloğlu öz köşələrini "Yasamaldan məktublar” rubrikası altında yazırdı. Redaksiyamız Bakının Yasaml rayonunda yerləşdiyi üçün Etibar bu məkandan oxuculara məktub yazmaq qərarına gəlmişdi. O vaxta kimi mən belə məktub oxumamışdım. Məktubların məzmunu o qədər maraqlı, o qədər aktual idi ki, əl-əl gəzirdi. "Yasamaldan məktublar” tənqidi notlar üzərində köklənmişdi. Etibar fikirlərini satirik dildə ifadə edirdi. Hiss olunurdu ki, o, böyük satiriklərimizdən çox şey əxz edib...

Biz 1998-ci ilin yazında Etibarla "Bu gün” qəzetində çiyin-çiyinə işləyəndə, ölkədə senzura hələ ləğv olunmamışdı. Buna görə də əksər jurnalistlər çalışırdılar ki, sözlərini sətiraltı desinlər. Etibar bunu bizim hamımızdan yaxşı bacarırdı. Biz 3 ay bir yerdə işləyəndən sonra məni hərbi xədmətə çağırdılar. O vaxt Orduda nizam-intizam zəif idi, əsgər "kazarma”larında natəmizlik hökm sürürdü. Etibar "Bu gün” qəzetində dərc olunan məktublarının birində Ordudakı çatışmazlıqları belə ifadə etmişdi: "Seymura tapşırmışam, beş-altı bit tutub göndərəcək”.
Aradan beş il keçəndən sonra biz "Cümhuriyyət” qəzetində yenə çiyin-çiyinə işlədik. "Cümhuriyyət” gündəlik qəzet olduğu üçün kollketiv daha böyük, iş isə əvvəlkindən daha çox idi. Həmişə olduğu kimi, yükün çoxu yenə "Dədə Qorqud”un üzərinə düşürdü. Bir yerdə işlədiyimiz illər ərzində mən onun bir dəfə də şikayətləndiyinin şahidi olmadım...
Etibar Cəbrayıloğlu illəri qova-qova 50 yaşa gəlib çatdı. Allah olsaydım, onun ömrünün üstünə ən azı 150 il də ömür yazardım. Çünki Etibar kimi işıqlı insanlar təkcə mətbuat deyil, bütövlükdə cəmiyyət üçün qənimətdir, həmişə doğulmur. Amma ömrü verən Allahdır, bizim onun işinə qarışmağa ixtiyarımız yoxdur. Əsas odur ki, Etibar Allahın verdiyi ömrü kişi kimi yaşayır, özü ilə birlikdə sözü də yaşadır. Söz Etibar kimi vicdanlı qələm sahiblərinin sayəsində yaşayır...
50 yaşın mübarək, dost!
P.S. Mia.az-ın kollektivi də bu təbriklərə qoşulur və Etibar bəyə möhkəm cansağlığı və uğurlar arzulayırlar.
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb - Bakıda + FOTOLAR
Qənimət Zahidə hökm oxundu - 7 il həbs cəzası kəsildi
İran prezidenti İlham Əliyevə zəng edib
"Ata Abdullayev amnistiyaya düşmür" - Vəkil xəbəri təkzib etdi
SABİQ REKTORA HÖKM OXUNDU - Məhkəmə iclası
Ceyhun Bayramov UNESCO-nun yeni Baş katibi ilə müzakirə aparıb
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
İsrail Qəzzaya yenə zərbə endirib - Ölənlərin sayı 70.942-yə çatıb
Elmar Baxşıyev istefa verib
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BƏYLƏR ƏYYUBOVUN QARDAŞI OĞLU QANDALLANDI: 5 milyonluq qaçaqmalçılıq işi üzrə həbslər başlayıb - AÇIQLAMA (YENİLƏNİB)
İran vətəndaşı saxlanılıb - 41 kq narkotiklə...
Prezident Ballıcada istehsal müəssisəsinin açılışında - FOTOLAR
Bir vəkil kollegiyadan xaric olunub
Prezident İlham Əliyev Xankəndidə: "Əsas odur ki, öz doğma torpağınızdasınız" - FOTOLAR (Yenilənib)
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar - FOTOLAR
Prezident Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub
İordan çayının Qərb Sahilində əməliyyat: 40 fələstinli saxlanılıb
Zelenski: "Putin bu zərbələrlə müharibəni dayandırmaq istəmədiyini bir daha sübut edib"
Tramp qubernatoru ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi təyin etdi - Qarşı tərəf etiraz bəyanatı verdi
Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
Deputatlar bu tarixdə toplanacaq
Sabah bəzi yerlərdə yağış yağacaq
Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq - Deputatlar yeni qanunu təsdiqləyib
MƏHKƏMƏ HAKİMLƏRİ BARƏDƏ YENİ QANUN QƏBUL OLUNDU
Müəllimlərin işə qəbulu imtahanı: ikinci mərhələ pullu olacaq - Yeni qanun qəbul edildi
"Amazon" Şimali Koreyalıdann olan "işçilər"ə "yox" dedi - 1800 agentin müraciət geri qaytarılıb
ABŞ-la sərhəddə təyyarə qəzaya uğradı - 5 nəfər ölüb
Tokayev İlham Əliyevə məktub göndərdi: "Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və..."
Nizami Tibb Mərkəzinə direktor təyin edilib
Rəsmi Moskva: "Rusiya ilə NATO arasında münaqişə riski var"
DİN: "Hər kəsi məsuliyyətli davranışı ilə örnək olmağa çağırırıq"
Azərbaycan nefti 1.5 dollar bahalaşdı
"Fitch" Ukraynanın kredit reytinqini yüksəltdi