"Əgər biz qırmızı xətti keçsəydik, Rusiya və İran Suriyaya gəlməyəcəkdi" - Tramp dünyanı təhdid etdi

img

09-12-2017 [17:39]


"Barak Obamanın siyasəti ucbatından Rusiya və İran Suriyaya daxil oldular".

Bunu Florida ştatındakı mitinqdə çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp söyləyib.

"Mən vəzifəyə gələndə bizə bütün dünyadakı problemlər miras qalmışdı. Amerika uzun illər ərzində zəiflik göstərib. Əgər biz qırmızı xətti keçsəydik, Rusiya və İran Suriyaya gəlməyəcəkdi. Lakin Obama bəyan etdi ki, qırmızı xətti tapdalamaq olmaz. Rusiya və İran isə bunu pozdu, biz sakit qaldıq. ABŞ administrasiyası artıq Amerikanın etdiyi hərəkətlərə görə üzrxahlıq etməyi dayandırıb və dövlətin nüfuzunu bərpa etməyə başlayıb”, – deyə o, bildirib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA