Tereza Mey: "Böyük Britaniya Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə razı deyil"

img

07-12-2017 [10:26]


Böyük Britaniya Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə razı deyil.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bəyan edib.
 
"Biz ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması və səfirliyinin Qüdsə köçürülməsi ilə razı deyilik.  Hesab edirik ki, qərar regionda nizamlanma prosesi baxımından faydalı olmayacaq. Böyük Britaniyanın İsraildəki səfirliyi Tel-Əvivdə yerləşir və onun köçürülməsi planlarımıza daxil deyil”, deyə T.Mey bildirib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA