Rəsmi Vaşinqtondan Saakaşvili ilə bağlı Kiyevə xəbərdarlıq: "Əgər hökuməti kimisə həbs edirsə..."

img

06-12-2017 [11:06]


ABŞ Ukraynadakı bütün tərəfləri Mixail Saakaşvili məsələsində güc tətbiqindən qaçmağa çağırır.

Bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert söyləyib.

"Biz bu situasiyanı diqqətlə izləyirik. Biz Ukrayna hökuməti ilə sıx əlaqədəyik. Sizin də bildiyiniz kimi, Vaşinqtonun Kiyevlə yaxşı münasibəti var, amma bu o demək deyil ki, biz hər şeylə razıyıq. Biz Ukrayna hökumətini situasiyanın deeskalasiyasına çağırırıq. 

Əgər Ukrayna hökuməti kimisə həbs edirsə, bu, ölkənin qanunları və insan haqları çərçivəsindəki beynəlxalq öhdəliklər əsasında olmalıdır”, – deyə o, bildirib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA