İranın şimalında yenə zəlzələ olub - 4,8 bal gücündə

img

05-12-2017 [21:58]


İranın şimalında 4,8 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, təkanlar bir neçə dəqiqə əvvəl Gilan vilayətinin Ləngərut şəhərində qeydə alınıb.

Zəlzələnin dərinliyi 23 km olub. İnsan itkisi və dağıntı barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında baş verən 7,2 bal gücündə zəlzələdə son məlumata görə, 569 nəfər həlak olub. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA