Daxili işlər nazirindən sabiq prezidentə ultimatum: "Qanunlara tabe ol, ittihamlara cavab ver"

img

05-12-2017 [19:13]


Ukrayna daxili işlər naziri Arsen Avakov Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini Ukrayna hökumətinə tabe olmağa çağırıb.
 
Bu barədə o, özünün "Twitter” səhifəsində yazıb.
 
A. Avakov bildirib ki, istənilən münaqişə yalnız qanuni yolla həll olunmalıdır: "Saakaşvili qanunun tələblərinə tabe olmalı, hüquqi prosedurdan keçməli, ittihamlara cavab verməlidir. O, qan tökülməsinə və toqquşmaya səbəb olmamalıdır. Məhkəmənin qərarı olmadan baş verənlər həll olunmayacaq”.
 
Qeyd edək ki, bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan, lakin sonra tərəfdarlarının köməyi ilə azad edilən M. Saakaşvili kiyevliləri Maydana toplaşmağa çağırıb/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA