Öldürülən sabiq prezidentin oğlu and içdi, intiqam vədi verdi - Xalqa çağırış

img

05-12-2017 [18:42]


Yəmənin sabiq prezidenti Əli Abdulla Salehin oğlu Əhməd Əli Saleh atasını öldürən husilərdən intiqam almaqla bağlı çağırış edib.

"Report" Ərəb KİV-inə istinadən xəbər verir ki, Əhməd Saleh səudiyyə telekanallarından birinə müsahibəsində bütün husilər Yəməndən qovulmayana qədər müharibəni davam etdirəcəyini bildirib.

O, atasının tərəfdarlarını vətən uğrunda müharibəni başa çatdırmağa çağırıb.

Qeyd edək ki, keçmiş briqada generalı olan Əhməd Əli Saleh Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır və 2011-ci ilə qədər Yəmən Respublika Qvardiyasının komandanı olub.

Xatırladaq ki, noyabrın 29-dan etibarən Yəmənin paytaxtı Sanada bir müddət əvvəl hökumətə qarşı müttəfiq kimi çıxış edən qüvvələr - husilər və Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehin tərəfdarları arasında toqquşmalar davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA