Tramp 6 ölkənin bütün vətəndaşlarına, 2 ölkənin isə məmurlarına qadağa qoydu - Fərman + SİYAHI

img

05-12-2017 [09:26]


ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qüvvəyə minməsi barədə qərar çıxarıb.

"RİA Novosti"nin verdiyi xəbərə görə, qərar fərmana qarşı qaldırılan iddialara baxılanadək müvəqqəti olaraq qüvvədə qalacaq.

D. Trampın fərmanı İran,  Liviya, Somali, Suriya, Çad və Yəmən vətəndaşlarının ABŞ-a gəlişinə qadağanı nəzərdə tutur. Digər fərmanla D.Tramp  Şimali Koreya vətəndaşları və Venesuela məmurlarının ABŞ-a girişinə qadağa qoyub.

Beləliklə, Ali Məhkəmə yekun qərar verənə qədər D. Trampın fərmanı icra olunacaq.

Qeyd edək ki, oktyabrın 17-də ABŞ-ın Havay ştatında federal hakim D.Trampın immiqrasiya rejiminin sərtləşdirilməsinə yönəlmiş fərmanının icrasına qadağa qoyub/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA