04-12-2017 [15:58]
Səxavət Tağlar,
Əməkdar müəllim, yazıçı-publisist
*****
Səkkiz il əvvəl! ...5 dekabr 2009 ci il! Günorta saat iki olardı. Imişli TŞ-nın məsul işçisi Əlmirzə Şirinovun gözlənilməz zəngi... Sızıltı və üzüntü ilə verdiyi bir xəbər- Barat müəllimin, kamil bir ağsaqqalın, bir məktəb rəhbərinin dünyasını dəyişməsi xəbəri gözlərimdən od çıxardı, vücudumu silkələdi...
... Həkimxan müəllimlə (Muradxanlı kənd tam orta məktəbinin direktoru) kənd qəbirsanlığında, dəfn mərasiminə çatdıq. İlahi, bəd xəbər nə yüyrək, nə iti olur. Barat müəllimi sevən, ona yanan bütün insanlar hamsı burada idi. Bir kəndin, bir elin kamil bir ağsaqqalı, kamil bir ziyalısı ilə son vida anına gəlmişdilər. Hər kəsin də üz-gözündə kədər, qəm-qüssə. Fəryadlı insanların içində mərhumla uzun illər çiyin-çiyinə işləmiş dostları Səlim Məhərrəmovu, Əli Nəcəfovu daha təlatümlü gördüm. Zənn etdim ki, onlar da mənim kimi düşünür: Sənə nə oldu, Barat müəllim!
...Bacısı Nərgizin sızıltısı, fəryadı ərşə çəkilmişdi:
Əzizim qara, qardaş!
Ürəyim yara, qardaş,
Bizdən ayrılıb bu gün
Gedirsən hara, qardaş?!
Bu sızıltını, bu itkini, bu fəryadı İmişli rayonunun Boşçallar kənd tam orta məktəbinin müəllim-şagird kollektivi, üzüntüdə iştrak edən hər kəs yaşayırdı...
Həsənov Barat Səhliyalı oğlu 1942 ci ildə İmişli rayonunun Boşçallar kəndində anadan olub.

Barat Həsənov
BDU-nın tarix fakultəsini bitirdikdən sonra doğulub boya-başa çatdığı kənddə müəllim, dərs hissə müdiri, məktəb direktoru kimi fəaliyyət göstərib. Onun yüzlərlə şagirdi elm, təhsil, mədəniyyət, səhiyyə və kənd təsərrüfatının müxtəlif sahələrində şan-şöhrət sahibidirlər. Respublikamızda iqtisadiyyatın yüksəlməsində, onun dinamik inkişafında öz töhfələrini verillər. Hər kəsin də qəlbində Barat müəllimin xatirəsi əbədidir, tükənməzdir, əzizdir.
... Sadəlik, təvazökarlıq, əməksevərlik Barat müəllimin ən yüksək keyfiyyətlərdən idi. O, həmişə öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirər, dostluqda, yoldaşlıqda kollektivçilikdə etibarı ilə seçilərdi. Kim bilir,bəlkə elə bu keyfiyyətlərdir onu İmişlinin pedaqoji ictimaiyyətinə, rəhbərlik etdiyi kollektivə və ümumən, tanıyanlarına, ünsiyyətdə olduğu hər kəsə sevdirən. Kim bilir... Kim bilir...
... Onu bilirəm ki, yaxın dostu Vahid Tağıyev (TŞ-nın müdir müavini) bu itkiyə dözmür, "bu itki təhsilmizin, ziyalılığmızın itkisidir” deyir:
- Uzun illər Barat müəllimlə isti münasibətim olub. Onu həmişə sədaqətli, işgüzar, əqidəsi-amalı təmiz görmüşəm. İşində diqqətcil, məsuliyyətli idi. Parlaq xatirəsi həmişə qəlbimizdə yaşayacaq!
Yaxın dostu, sirdaşı Əli Nəcəfov (Buludlu kənd tam orta məktəbinin direktoru) qəhər və göz yaşları ilə danışır:
--Dosluqda, yoldaşlıqda Barat müəllim mənim üçün zirvə idi! Ucalıq idi! Məsləhət yeri idi! Amansız əcəl onu əlimizdən tez aldı... Mən bu itkini əbədi olaraq yaşayacağam.
Əlimdə qələm ikən düşünürəm. Barat müəllimlə bağlı xatirələr birmi-ikimi. Hansını yazım, hansını dilə gətirim. O qədər şirin söhbətləri, ağıllı məsləhətləri olub ki...
Şöbə müdirimiz Ramiz Əmirov sənin xətrini necə istəyirdi, sənin yolunu necə saxlayıdı?! Onun təcrübəli bir məktəb rəhbəri, həssas bir insan itkisinə yanımı daha qabarıqdır. Sizin hüznlü gününüzə məzuniyyətdən qayıtdı! Övladlarnıza təsəlli verdi, bizə təsəlli verdi!
...Nə edək, işinə əl uzada bilmədiyimiz UluTanrının məsləhətinə, hökmünə!
Ona şükür ki, Fərahim kimi, Sabir kimi, Niyaməddin kimi, ağıllı və Barat müəllimin tərbiyəsilə böyümüş övladlarınız var. Onlar səkkiz ildir sizsiz günlərin acısını yaşayırlar, ağrısını çəkirlər. Biz də onlarlayıq, biz də doğmalarınla birlikdə bu acını, bu ağrını yaşayırıq.
Bacın oğlu, kürəkənin, dostumuz Qaməddin Şükürovla Sizin Boşçallar kəndinin ziyalılığından, təhsilimizin inkişafından, yol verilmiş nöqsanlardan və ürəyimizi üşüdən çatışmamazlıqlardan tez-tez söhbət açırıq. Hər dəfə də yerin göründüyü dilə gəlir...
Həmişə ruhun qarşısında hesabatlı olacağıq. Həmişə əziz xatirəni uca tutacağıq, Barat müəllim!
Allah sənə rəhmət eləsin! Qəbrin nurla dolsun, Barat müəllim!
MİA.AZ
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbıri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?
Azərbaycan kuboku: bu gün 1/4 final mərhələsinə start veriləcək