Gəncədə qəza - Mşaın iki piyadanı vurdu

img

03-12-2017 [12:20]


Gəncədə iki piyadanı avtomobil vurub.
 
Qəzalardan biri şəhərin 1-ci mikrorayonu ərazisində Vəli Xusulu küçəsində qeydə alınıb.
 
Ford markalı avtomobil yaşlı qadını vurub. Qadın dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.
 
Digər hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Hələlik, markası bilinməyən avtomobil 1975-ci il təvəllüdlü şəhər sakini İbrahim Məmmədovu vurub. İ. Məmmədov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq