"YPG-dən yerli polis kimi istifadə edəcəyik" - ABŞ Müdafiə nazirindən mesaj

img

02-12-2017 [22:42]


ABŞ Müdafiə naziri Ceyms Mettis Suriyanın qərbində İŞİD-ə qarşı silahlandırdıqları YPG qruplarının gəəcəyi haqda açıqlama verib.

Mia.az xarici mediaya istinadən xəbər verir ki, o, İŞİD-lə mücadilə bitdikdən sonra YPG-yə silah verməyəcklərini deyib: "Silah yardımı məsələsində Trampın söylədiyi kimi hərəkət edəcəyik. YPG-yə ağır silahlar daha verilməyəcək. Ancaq onlardan Suriyanın qərbində yerli polis kimi istifadə edəcəyik".

Xatırladaq ki, Türkiyə YPG-ni PKK terror qruplaşasının Suriya qou olduğunu bəyan edərək, bu qrupun terrorla məşğul olduğuna dair çoxsaylı faktlar açıqlayıb. Ona görə də Ərdoğan səviyyəsində ABŞ-dan YPG-yə silah və digər dəstəklərin dayandırılması tələb olunub. Nəhayət, ötən həftə Ərdoğanla danışan Tramp "YPG-yə silah verilməsi dayandırılsın" təlimatını verib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA