"32 miyon AzTV-yə, 12 milyon da İTV-yə ayrılır, ancaq..." - Deputat iki kanalı "vurdu"

img

01-12-2017 [15:29]


"Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bizim ingilis dilində telekanal açmağımız lazımdır”.

Bunu Milli Məclisdəki çıxışında deputat Qüdrət Həsənquliyev bildirib. 

O deyib ki, Ukrayna, Qazaxıstan nümunəsində belə telekanallar var.

Deputat digər kanallara ayrılan vəsaitləri xatırladıb: "Biz 32 miyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallarından heç bir üstünlüyü yoxdur. Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək? 

Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur. Onsuz da digər televiziyalar da böyük həvəslə prezidentin sərəncamlarını oxuyurlar, səfərlərini işıqlandırırlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA