01-12-2017 [12:14]
Günümüzün, yaşadığımız dövrün tələbləri bir sıra sahələrin uşaqların formalaşmasına müsbət təsir göstərdiyini açıq ortaya qoyur. Son illər uşaqların formalaşması və mənəvi inkişafı məsələsindən danışarkən burada müəllimdən əvvəl psixoloqun rolunu daha çox önə çəkirik. Bu gün, sözün əsl mənasında, peşəkar psixoloq uşaqlarımızın həyatında, onların həyata, cəmiyyətə, təhsilə bağlanmasında, adaptasiya olunmasında danılmaz rol oynaya bilir.
Psixoloqlardan danışarkən "peşəkar” sözü işlətməyimiz heç kəsə qəribə görünməsin. Ona görə ki, öz işini yaxşı bilməyən, uşaq psixikasından, xarakterindən xəbərsiz olan adamların "uşaq psixoloqu” adı ilə meydana çıxması, üstəlik də özlərinə orta ümumtəhsil məktəblərində, eləcə də məktəbə qədər təhsil müəssisələrində yer eləməsi, burada fəaliyyət göstərməsi müxtəlif neqativ halların meydana çıxmasına səbəb olur. Gizlin deyil ki, hazırda orta məktəblərdə, bağçalarda, bir sözlə, uşaq tərbiyəsi, təhsili ilə məşğul olan qurumlarda təsadüfi psixoloqlar nəzərə çarpır. Ən ağrılı yerimiz isə məktəblərdə kök salan savadsız insanlardır ki, onlar özlərinə "məktəb psixoloqu” statusu qazanırlar. Bəlkə də elə bunun nəticəsidir ki, uşaq məktəbə gəldikdən sonra uzun müddət, hətta elə hallar olur ki, 3-4-cü sinfə qədər məktəbə, şagird yoldaşlarına, müəllimlərə öyrəşə bilmir. Onlara "məktəb psixoloqu”nun yardımı da təsirli olmur. Məktəblərdə elə şagirdlər var ki, onlar daim peşəkar məktəb psixoloqunun nəzarətində olmalıdırlar. Amma bəzən uşaqlar psixoloq nəzarətindən kənarda qalır. Doğrudur, məktəb və bağçalarda peşəkar, öz işini bilən, uşaq psixikasını dərindən öyrənən mütəxəssislər də yox deyil. Onlar var, ancaq peşəkar psixoloqların sayı az olduğundan, onlar bütün uşaqlara nəzarət edə bilmirlər.
Bu gün uşaqların sosiallaşmasında, yəni cəmiyyətə, məktəbə adaptasiya olunmasında bir sıra problemlər var ki, onu ancaq öz işini dərindən bilən pedaqoq-psixoloqlar aradan qaldıra bilər. Söz yox ki, məktəblərin özündə bəzən psixoloq xidməti ödənişli olur. Bu halın da olması məktəbə adaptasiya olunmaqda çətinlik çəkən, yaxud fikir dağınıqlığı, diqqətsizlik problemi olan bir qrup uşağın psixoloqa yaxınlaşmasında əngəl olur. Bu öz yerində, fakt budur ki, yaş qrupundan asılı olmayaraq, bəzi şagirdlərin psixoloqla işləməsində problem yaranıb. Bu da, qeyd etdiyimiz kimi, əsasən bəzi məktəblərdə öz peşəsindən xəbərsiz psixoloqların işləməsi ilə bağlıdır. Öz işini bilməyən adam şagirdə necə yardım göstərə bilər?
Tanınmış psixoloq Könül Vaqifqızı bizimlə söhbətində bildirdi ki, o da fəaliyyəti dövründə tez-tez valideynlərdən məktəb psixoloqları ilə bağlı şikayətlər eşidir. O qeyd etdi ki, məktəb psixoloqları bu sahəyə diplomlarına və sertifikatlarına görə deyil, bilik və təcrübələri, şagirdlərlə işləmək bacarıqları nəzərə alınmaqla götürülməlidir. Onun sözlərinə görə, uşağın sosiallaşması prosesi bağçadan başlamalıdır ki, o, normal şəkildə cəmiyyətə adaptasiya oluna bilsin. "Uşaq şagird olana qədər cəmiyyətə, ətrafa adaptasiya prosesini qismən keçməlidir. Onun gələcəkdə cəmiyyətin fəal bir üzvünə çevrilməsi üçün bu əsas şərtlərdən biridir. Bilirsiniz, sosiallaşma insanın fəal vətəndaş, bir şəxsiyyət kimi formalaşma prosesidir. Liderlik isə şəxsiyyət kimi formalaşmanın ən yuxarı pilləsi sayılır. Bunu dahi filosof, pedaqoq və psixoloqlar deyib. Bu gün biz təcrübədə bunun əyani şahidi oluruq. Sirr deyil ki, şəxsiyyət kimi formalaşmada bioloji və psixoloji amillərlə yanaşı, sosial təsir amili də mövcuddur. Sosiallaşma üçün, ilk növbədə, mühit - cəmiyyət, insanın buna psixoloji hazırlığı və sosiallaşmaya olan ehtiyac kimi amillər mühüm rol oynayır. Bunu qeyd etdim. Keçək indi də məktəb psixoloqlarının fəaliyyətinə. Əvvəlcədən deyim ki, bu sahədə çalışan peşəkarlar da var və onlar çalışdıqları məktəblərdə, məktəbəqədər təhsil müəssisələrində bu problemlər qismən olur. O da uşağın, valideynin məktəb psixoloqu xidmətindən yayınması ilə bağlıdır. Təəssüf ki, uşaq tərbiyəsində rol oynayan bir sıra sahələrdə olduğu kimi, məktəb psixoloqu sahəsində də ciddi problemlər hələ də qalmaqdadır. Bilirsiniz ki, bu bizdə yeni sahədir. Buna baxmayaraq, bizdə öz işini bilən mütəxəssislər var, onlar çalışırlar, uşaqlara fayda verirlər. Əvvəlki illərdə çətin tərbiyə olunan, psixikasında müəyyən pozuntular olan, müxtəlif xoşagəlməz vərdişlər qazanan uşaqlarla məktəbdə xüsusi pedaqoq işləyirdi. Bu pedaqoqlar o qədər peşəkar idi ki, onlar şagirdi həyata qaytara bilir, cəmiyyətin layiqli vətəndaşına çevirirdilər. Bu gün təkcə psixoloq olmaq kifayət etmir, onlar həm də pedaqoq olmalıdırlar. Bu gün məktəb psixoloqlarının çoxunda pedaqoqluq xüsusiyyətləri yoxdur. Bu da təəssüf doğurur. Şagirdlərlə işləmək xüsusi metodlar tələb edir. Bunun üçün psixoloqdan səbr, təmkin, uşaqlarla dost olmaq, səmimi münasibət qurmaq tələb olunur. Ancaq bəzən biz bunu məktəb psixoloqlarında görə bilmirik. Bu da belələrinin məktəblərə, uşaq bağçalarına təsadüfən gəlib çıxmasının "bəhrəsi”dir. Bəzi psixoloq adı daşıyanlar məktəbə, sadəcə, bir iş yeri, maaş aldığı bir yer kimi yanaşırlar. Bu halda onları şagird maraqlandırmır”- deyən K.Vaqifqızının sözlərinə görə, bu gün şagirdlər arasında aqressiv xarakterə malik olanlar çoxdur.
O hesab edir ki, uşaqlarda aqressiyanı azaltmaq, yüngülləşdirmək üçün mütləq psixoloqlar işlər görməli, yeni metodlardan istifadə etməlidirlər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda həkimi bıçaqlayıblar
"Real Madrid" 36-cı dəfə La Liqa çempionu olub
Ceyhun Bayramov Qambiyada Hakan Fidanla görüşüb
59 yaşlı kişi 67 və 58 yaşlı iki nəfəri güllələyib, daha sonra isə... - Şəkidə şok olay
Sabah Bakıda bu yollar bağlanacaq
Tovuz rayonunda zəlzələ olub
Prezident Türkiyə ilə bağlı daha iki qanunu təsdiqləyib
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - Sərəncam
Bakıda 58 yaşlı şəxs adam öldürüb
Nigar Köçərli: "Bu işlə məşğul olub milyonçu olmaq olmaz" - "Bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İtaliya XİN: "Biz Ukraynaya qoşun göndərməyəcəyik"
"Beşiktaş" son saniyə qolu ilə qazandı
Müdafiə Nazirliyində 143 minlik mənimsəmə: general və keçmiş idarə rəisləri hesab verir - Məhkəmə prosesi
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
Ərdoğandan Özəllə görüşü haqda ilk açıqlama: “Türkiyənin buna ehtiyacı vardı" - "Siyasətin yumşalmasını istəyirəm"
Naxçıvan Dövlət Universiteti haqda qərar imzalandı
Əli Əsədov ƏƏSMN-lə bağlı yeni qərar imzalayıb
Onlar pensiyaya daha tez çıxacaq - Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Prezident İlham Əliyev fərman imzalayıb
Yağış yağacaq - Xəbərdarlıq
“Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlanıb
Daha 66 dərmanın qiyməti ilə bağlı qərar verildi
İŞIQ və QAZ XƏTLƏRİNƏ NEÇƏYƏ QOŞULMAQ OLACAQ? - Qiymətlər açıqlandı (Qərar + DETALLAR)
Avropa çempionatı: millilərimizin rəqibləri müəyyənləşib
Vilayət Eyvazov generalı özünə müşavir təyin edib - DİN-də növbəti dəyişiklik (FOTO)
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə