Ağdaşda baş verən maşın qəzasında iki nəfər ölüb - İki nəfər xəsarət alıb

img

30-11-2017 [11:26]


Bakı-Şamaxı-Yevlax yolunda ağır yol qəzası baş verib.
 
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 11.00 radələrində Ağdaşın Xosrov kəndi ərazisində baş verən qəza nəticəsində iki nəfərin öldüyü, iki nəfər ağır xəsarət aldığı bildirilir.
 
Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.
 
Xəsarət alanlar Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:41 08.09.2025

Sabah yağış yağacaq