Rusiyanın 1-ci kanalında balaca qız erməniləri "gülünc gün"ə qoydu - VİDEO

img

27-11-2017 [14:24]


Rusiyanın "Birinci kanalı”nda yayımlanan tanınmış teleaparıcı İvan Urqantın verilişində ermənilərlə bağlı maraqlı məqam olub.

Mia.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, proqramın "Vzqlyad snizu” adlanan və uşaqlarla söhbətə həsr olunan rubrikasında bu dəfə balacalardan lətifə danışmaları istənilib. Azyaşlının ermənilərlə bağlı lətifəsi aparıcı ilə aralarında maraqlı dialoqa səbəb olub. 

Balaca qızın dilindən verilən lətifə ilə qonşu xalqların folklorunu, xalq musiqisini, mətbəx nümunələrini, xalça, rəqslərini, musiqi alətlərini və sairi mənimsəməsi ilə tanınan ermənilərə "söz atılıb”

Lətifədə deyilir: 

"Erməni birinə yaxınlaşır: "Oy, necə də cavan erməni ölüb”. Həmin adam isə deyir: "Siz Aleksandr Puşkin haqqında danışırsınız?. O ki rus şairidir”. Erməni isə "Nə rus şairi, nə Puşkin, görmürsən yazılıb: Qazon Zaseyan (ot örtüyü əkilib-red.)" deyir". 

Aparıcı Urqant lətifənin şovinist xarakterli olduğunu və bütün erməni xalqını təhqir etdiyini deyib. Daha sonra "bu lətifəni hansısa erməniyə danışmısan" deyə soruşub. Qız isə Ermənistana gedərsə danışacağını bildirib. Urqant ironiya ilə elə Ermənistan gömrüyündən keçərkən danışmasını məsləhət görüb. 




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA