Teleradiolar pulsuz dərman və tibbi xidmət reklamına görə cərimələnəcək - 8 min manat

img

24-11-2017 [14:57]


İnzibati Xətalar Məcəlləsinə yeni 428.4-1 maddəsinin əlavə edilməsi təklif olunur.

Təklif olunan maddədə Azərbaycanda pulsuz dərman vasitələrinin və tibbi xidmətlərin reklamı televiziya və radio yayımında qadağan edilir, buna əməl etməyən yayımçılarla bağlı cəzalar müəyyənləşdirilir. 

Qeyd olunur ki, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi teleradio yayımçısı tərəfindən törədildikdə vəzifəli şəxslər 1500 manatdan 2500 manata qədər, hüquqi şəxslər 5000 manatdan 8000 manata qədər cərimələnəcək.

Layihə Milli Məclisin dekabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
apa


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA