Ərdoğan onu seçdi - AKP-nin TBMM sədri postuna namizədi açıqlandı

img

13-11-2017 [12:52]


CHP, HDP, MHP-dən sonra hakim AKP də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə öz namizədini müəyyənləşdirib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın lideri olduğu AKP bu gün keçirilən toplantıda məclis sədrliyinə TBMM-nin hazırkı sədri İsmayıl Qəhrəmanın namizədliyini irəli sürüb.

Qeyd edək ki, TBMM sədrliyinə MHP İstanbudan seçilmiş millət vəkili Cəlal Aydının, CHP İzmirli deputat Zəkəriya Temizelin, HDP isə Hakkarili deputat Səlma Irmakın namizədiyi üzərində dayanıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA