"Gedib kimə yalvarmalıyam ki..." - Xalq artisti Rasim Balayevdən narazılıq

img

13-11-2017 [11:10]


Xalq artisti Rasim Balayevin səhhətində problemlər yaranıb.

Bu barədə AzNews.az-a onun özü məlumat verib. 

Rasim Balayevin sözlərinə görə, bu günlərdə Bakıdakı klinikaların birində müayinə olunub:

"Hazırda müalicə olunuram. Aldığım təqaüdü ancaq dərmanlara verirəm”.

Aktyor heç bir yerdən filmə dəvət almadığını da vurğulayıb: "Yaradıcılıq donub, bütün günü evdəyəm. Heç bir təklif yoxdur. Neyniyim, film çəkən yoxdur. Gedib kimə yalvarmalıyam ki, mənə rol verin, kinoya çəkin? Həyatdır da, heç kim bilmir ki, sonu necə olacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA