Səudiyyə İrana qarşı cəhbəni genişləndirir - Ər-Riyad Ərəb Dövlətləri Liqasının toplanmasını tələb etdi

img

12-11-2017 [22:57]


Rəsmi Ər-Riyad Ərəb Dövlətləri Liqasının fövqəladə iclasınının çağırılmasını tələb edib.

Bu barədə "Sky News Arabia” telekanalı xəbər verib.

Bildirilir ki, Səudiyyə Ərəbistanı iclası İranın region ölkələrinin işlərinə müdaxiləsi etməsinə görə çağırıb. Toplantının noyabrın 19-da baş tutacağı gözlənilir.

Noyabrın 5-də Səudiyyə Ərəbistanının havadan müdafiə sistemləri  Ər-Riyadın şimal-şərq hissəsində ballistik raketi vurublar. Raket hücumu vaxtında dəf edilib, əhali arasında itki qeydə alınmayıb. Raket Yəməndəki üsyançı husilər tərəfindən atılıb.

Noyabrın 10-da ABŞ-ın Yaxın Şərqdə hava əməliyyatlarının komandanı, general-leytenant  Ceffri Harriqan bəyan edib ki, Yəmən ərazisindən Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində buraxılan ballistik raket İrana məxsus olub/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA