İraq ordusu İŞİD-in müftisini məhv etdi - Rava şəhəri yaxınlığında

img

12-11-2017 [10:24]


İŞİD müftisi İraq Hərbi-Hava Qüvvələrinin zərbəsi nəticəsində öldürülüb . 

"RİA Novosti”nin verdiyi xəbərə görə, hadisə Rava şəhəri yaxınlığında qeydə alınıb. 

Məlumata görə, zərbələr nəticəsində İŞİD-in Anbar əyaləti üzrə müftisi Əbu əl Mühacir ölüb. Hücum nəticəsində onu müşayiət edən 2 terrorçu və bir neçə nəqliyyat vasitəsi məhv edilib.
 
İŞİD başçılarından biri olan Əbu əl Mühacir qruplaşmanın bölgədə fəaliyyətinə görə məsuliyyət daşıyıb/APA. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA