Ərəb koalisiyasına məxsus Yəmənin paytaxtını bombaladı - Öən və yaralananlar var

img

11-11-2017 [16:43]


Ərəb koalisiyasına məxsus aviasiyanın Yəmənin paytaxtı Sana şəhərinə hava zərbələri endirməsi nəticəsində azı 4 nəfər ölüb, daha 4-ü yaralanıb
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərdən ikisinin uşaq olduğu bildirilir.
 
Zərbələr nəticəsində bir neçə yaşayış binasına zərər dəyib, 7 ev dağılıb. Zərbələrin hədəfində  müdafiə nazirliyinin binası olub.
 
Qeyd edək ki, Yəmənin paytaxtı Sana hazırda üsyançı husilərin nəzarəti altındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA