"Vaşinqton Livanın sabitliyini təhdid edəcək hər cür addıma qarşı duracaq" - Tillersondan xəbərdarlıq

img

11-11-2017 [00:23]


ABŞ dövlət katibi Tillerson Livandakı vəziyyətlə bağlı bəyanat yayıb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, Tillerson Livanın daxili və xaricindəki bütün tərəfləri bu ölkənin ərazi bütövlüyünə, hökumətinə və silahlı qüvvələri kimi qanunu qurumlarına hörmətlə yanaşmağa çağırıb: "Vaşinqton Livanın sabitliyini təhdid edəcək hər cür addıma qarşı duracaq".

Tillerson, eyni zamanda, Ər-Riyada qaçaraq orada istefa verdiyini açıqlayan Livanın baş naziri Saad Həriri haqda da danışıb: "Ona ABŞ-ın güclü bir müttəfiqi olaraq hörmət göstəririk".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA