Poroşenko milli qəhrəmanı separatçıların üzərinə göndərdi - Əməliyyat komandanı dəyişdi

img

09-11-2017 [18:12]


Ukraynanın şərqindəki hərbi əməliyyatlara rəhbərlik Ukrayna qəhrəmanı, general-leytenant Mixail Zabrodskiyə tapşırılıb.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Anti-terror əməliyyatları (ATO) məsələləri üzrə rəsmi nümayəndəsi Andrey Lısenko danışıb.

Lısenko Zabrodskinin təyinatının planlaşdırılmış rotasiya qaydasına uyğun şəkildə olduğunu bildirib.

Qeyd edək ki, Zabrodski bu vəzifədə Quru Qoşunları komandirinin birinci müavini, general-leytenant Aleksandr Lokotanı əvəz edib. General-leytenant Zabrodski Donbasda döyüşlərdə iştirak edib, Ukraynanın Qəhrəmanı adına layiq görülüb. 

Onun rəhbərliyi altında Ukrayna ordusu strateji əhəmiyyətli Karaçun dağını ələ keçirə və burada möhkəmlənə bilib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA