Türkiyədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat - 111 nəfər saxanıldı

img

09-11-2017 [15:36]


Ankarada İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
 
APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyatda Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin 1500 əməkdaşı iştirak edib.
 
Mərkəzi rayonlar, o cümlədən, Sincan, Etimesqut və Çubuq da daxil olmaqla 250 ünvanda eyni vaxtda aparılan əməliyyatda 245 şübhəlidən 111-i saxlanılıb.
 
Aralarında İŞİD-i dəstəkləyən "Tatlıbal qrupu" üzvlərinin də olduğu şübhəli şəxslərin ünvanlarında aparılan axtarışda çoxlu sayda təşkilati proqram və rəqəmsal materiallar müsadirə olunub. 
 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA