"Çin Koreya yarımadasındakı problemi asan və tez həll edə bilər" - Trampdan xəbərdarlıq

img

09-11-2017 [11:19]


"Çin Koreya yarımadasındakı problemi asan və tez həll edə bilər".

Bunu ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşündə deyib.

D.Tramp qeyd edib ki, ABŞ Şimali Koreyanın tam və birdəfəlik nüvəsizləşdirilməsinə sadiqdir: "Çin bu problemi asan və tez həll edə bilər. Mən Çini və rəhbərini bu məsələ üzərində səylə çalışmağa çağırıram".

O əlavə edib ki, təhlükəsizliyə ən böyük təhdidlərdən biri məhz Koreya Xalq Demokratik Respublikasının nüvə problemidir/Trend.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA