"Trampın Rusiya prezidenti ilə görüş planlaşdırdığını eşitdik" - Lavrov

img

08-11-2017 [11:16]


Rusiya prezidenti Vladimir PutinAsiya və Sakit Okean İqtisadi Əməkdaşlığının sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşməyə hazırdır.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, görüşün qrafiki razılaşdırılır. 

"Biz Donald Trampın Rusiya prezidenti ilə görüş planlaşdırdığını eşitdik. Prezident Putin də bu görüşə hazırdır. Amerikalılar bunu bilir”, - deyə o, söyləyib

Qeyd edək ki, Asiya və Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti noyabrın 10-11-də Vyetnamın Dananq şəhərində keçiriləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA