Türkiyə Silahı Qüvvələri ilə İran ordusu anlaşdı - PKK-ya qarşı Qandildə birgə əməliyyat başlayır

img

08-11-2017 [09:25]


Türkiyə Silahı Qüvvələri (TSK) ilə İran ordusu İraqın Qandil bölgəsinə sığınmış PKK terrorçularını tam təmizləmək üçün birgə əməliyyatla bağlı anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kürd Muxtar Vilayətində keçirilən referendumdan sonra iki ölkə arasında sürətlə istiləşən münasibətlər PKK-ya qarşı birgə mübarizəni də gündəmə gətirib: 

"TSK artıq İran ordusu ilə birgə  İraqla sərhəddə yerləşən Qandildəki PKK terror təşkilatının  mərkəzi qərargahını da yerlə bir etmək üçün razılığa gəldi. Anlaşmaya görə, həmin  bölgə terrorçulardan tam təmizlənə qədər əməliyyat dayanmadan davam edəcək. Yəni PKK-ya yenidən toparlanma imkanı verilməyəcək".

Xatırladaq ki, Qandil dağlarının bir hissəsi İran, digər hissəsi isə İraq ərazisinə düşür. Yüksək dağlıq ərazidə 100-lərlə mağaralar var və bu üzdən PKK terrorçuları 40 ildən çoxdur buranı özünün mərkəzi qərargahı seçib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA