Rusiya NATO-nu təşvişə saldı - Telefon siqnallarını kəsdi

img

07-11-2017 [18:16]


"Rusiyanın ötən ay baş tutan hərbi təlimlər zamanı bəzi telefon siqnallarını kəsdiyindən şübhələnirik".

Bu barədə NATO Baş katibi Yens Stoltenberq danışıb.

Məlumata görə, NATO-ya üzv olan ən azı 2 ölkə baş katibə narazılığını ifadə edib. Stoltenberq isə Rusiyanın bu mövzularda şəffaflığı qorumalı olduğunu bildirib:

"Rusiya ortada hər hansı bir yanlış anlaşılmanın olmaması üçün əlindən gələni etməlidir. Əks halda bu cür fəaliyyətlərin çox ciddi təsirləri ola bilər”.

Qeyd edək ki, Rusiyanın Belarusla birgə təşkil etdiyi Qərb-2017 təlimləri zamanı İsveç, Latviya və Norveçdəki telefon xidmətlərində bir neçə saatlıq kəsintilər müşahidə olunub/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA