"Putin və Tramp arasında mümkün görüşün detalları hələ ki işlənilir" - Kremlin sözçüsü

img

07-11-2017 [15:35]


"Rusiya və ABŞ prezidentlərinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində Şimali Koreya ətrafındakı vəziyyəti müzakirə etmək imkanı olacaq".
 
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. 
 
"Putin və Tramp arasında mümkün görüşün detalları hələ ki işlənilir. Bütün hallarda iki prezident də orada olacaq və onlar bu və ya digər şəkildə danışmaq imkanı əldə edəcək. O da məlumdur ki, onlar mürəkkəb məsələlər barədə fikir mübadiləsi aparırlar. Bura Koreya yarımadasındakı vəziyyət də daxildir", - deyə Dmitri Peskov Vyetnamım Dananqe şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya və ABŞ prezidentlərinin görüşüşün mümkünlüyü ilə bağlı suala cavabında söyləyib.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA