Baş nazirdən ofşor zonada şirkətləri olan övladları haqda araşdırmaya reaksiya: "Mənim toxunulmazlığım var..."

img

07-11-2017 [12:28]


Türkiyənin baş naziri Binəli Yıldırım beynəlxalq jurnalist təhqiqatı nəticəsində açıqlanan sənədlərdə ("Paradise Papers”) övladlarının ofşor zonalarda şirkətlərinin olması barədə məlumatların əksini tapmasına münasibət bildirib.

B.Yıldırım ABŞ-a səfərindən əvvəl hava limanında mətbuat konfransı keçirib.

O, gəmiçilik və maşınqayırma sahəsi üzrə yüksək səviyyəli mühəndis olduğunu və həyatı boyunca dənizçilik sahəsində çalışdığını deyib:

"Siyasətə başlayanda işlərimi övladlarına təhvil verdim. Onlar öz işləri ilə məşğuldur, mən öz işimlə. Dənizçilik qlobal işdir, dünyanın hər tərəfində iş görürlər. Burada gizli bir şey yoxdur. Türkiyədə və ya başqa bir yerdə istənilən şəxsin ticarət fəaliyyəti barədə məlumat almaq olar. Bu, mümkün olmasa, Maltada 2 dollar ödəyib, internet vasitəsilə hər cür məlumat öyrənə bilərsiniz. Millətim məni tanıyır. Mənim toxunulmazlığım var, amma uşaqlarımın yoxdur. Buradan bildirirəm ki, hər cür araşdırma, təhqiqat aparıla bilər. Bunu xüsusilə istəyirəm”.

B. Yıldırım övladlarının vergi ödəmədiyi barədə iddialara da toxunub: "Övladlarımın şirkəti İstanbulda ən çox vergi verən şirkətlərin arasında yer alır. Bunun sənədləri də var”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA