Tehranla Ər-Riyad savaşın bir addımlığına gəldi: "Cavab haqqımızı verəcəyik" - Nazir İranı sərt hədələdi

img

06-11-2017 [19:53]


Səudiyyə Ərəbistanla İran arasında Riyaddakı Kral Xalid adına hava limanı yaxınlarına Yəməndən atılan raket üzündən gərginlik getdikcə daha daha da şiddətlənir.

Mia.az xarici mətbuta istinadən xəbər verir ki, bu gün qarşılıqlı təhdidlərdən sonra az əvvəl Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyr də İrana qarşı çox sərt bəyanat verib.

O, İranın qonşu ölkələrin təhlükəsizliyinə və qlobal təhlükəsizliyə zərər verdiyini açıqlayıb.

Nazir bildirib ki, ölkəsi uyğun zamanda və istənilən formada İranın hərəkətlərinə cavab vermə haqqını özündə gündəm olaraq saxlayır və bu cavab veriləcək.

Qeyd edək ki, bundan əvvəl raket zərbəsi ilə bağlı Səudiyyə Ərəbistan İranı rəsmən suçlayaraq, bunun bir savaş hərəkəti olaraq qəbul edilə biləcəyini bəyan etmişdi.

Rəsmi Tehran isə bu bəyanatı "təxribat" sayıb.

Onu da qeyd edək ki, bu iki ölkə son illər başda Yəmən olmaqla, bir çox məsələlərlə bağlı dəfələrlə savaşın bir addımlığına gəliblər.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA