Ərdoğanın Rusiyaya rəsmi səfər tarixi açıqlandı - Putinlə nələr müzakirə olunacaq?

img

06-11-2017 [16:19]


Türkiyə prezidenti Ərdoğanın Rusiyaya rəsmi səfər tarixi açıqlandı.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan noyabrın 13-də Soçiyə gedəcək.

Ərdoğanın Soçidə prezident Putinlə bir araya gələrək, Türkiyənin YPG-nin nəzarətində olan Suriyanın Afrin şəhərinə gözlənilən əməliyyatı, İdlibdəki son vəziyyət və Rusiyadan alınacaq S-400-lərlə bağlı müzakirə aparacağı bildirilir.

Bəzi iddialara görə, Ərdoğanla Putin Qarabağ münaqişəsini də masaya yatıracaq.

Birgünlük səfərindən sonra, yəni noyabrın 14-də isə Ərdoğan Küveytə yola düşəcək.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA