Kataloniyanın sabiq rəhbəri azadlığa çıxdı - Brüssel məhkəməsi ona qadağa qoydu

img

06-11-2017 [09:07]


Brüsseldə məhkəmə Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon və Kataloniya hökumətinin 4 sabiq üzvünü şərti azadlığa buraxıb.

Bu barədə "El Pais” məlumat verib.

Məlumata əsasən, hakim saxlanılanların həbsdə qalmalarına səbəb görməyib və onların barəsində həbs-qətimkan tədbirini ləğv edərək şərti azadlığa buraxıb. Bununla belə, onlara Belçikanı tərk etmək qadağan edilib.

Noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib. K.Puçdemon və 4 tərəfdarı ötən gün polisə təslim olub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA