"Fədayə, qızım, bağışla məni, əlimdən heç nə gəlmir..." - Flora Kərimovadan müğənninin həbsinə reaksiya

img

06-11-2017 [00:17]


Son günlər müğınni Fədayə Laçının həbs olunması geniş müzakirə olunur. Bəzi insanlar onun doğru addım atdığını, bəziləri isə əməlinin cinayət məsuliyyəti olduğunu vurğulayır. 

Gündəmdə olan mövzu sosiuual şəbəkələrdə müzakirə olunmaqla yanaşı məşhurlar arasında da şərh edilib.

Musavat.com xəbər verir ki, son olaraq Fədayə Laçın haqqında xalq artisti Flora Kərimova fikirlərini bildirib. O, baş verənləri bir oyun adlandırıb:

"Əlimdən heç nə gəlmir, Fədayə, qızım, bağışla məni!!! 

Sənin şüşə kimi qəlbinin təmizliyini mən bilirəm, sənin ailənə, anana bağlılığını, övlad tərbiyənin gözəlliyini mən görmüşəm. Bu şərəfsiz oyunu bu "adı" sənə sırayanlar, bu qisməti sənə laiq görənlərin Allahı yoxdur,övladları yoxdur?!

Necə çörəyi evlərinə aparırlar, necə övladlarına "Halal çörək qazanmışam" deyəndə utanmırlar,necə vicdanları ilə alver edə bilirlər. Bir övladın, bir ananaın ,bir qadının həyatını cəhənnəmə çevirmək, taleyini sındırmaq bu qədərmi asandır.Hansı məntiqi, hansı gücü, hansı səlmayəni , gördünüz siz, dişi ilə dırnağı ilə başını dolandıran bu qadında. Həyatım boyu heç kimə qarğış eləməmişəm, çünki mübarizəm olub.Amma indi sizi qarğımaqdan başqa əlimdən heçnə gəlmir".

Digər xəbərlər
SON XƏBƏRLƏR