ABŞ-da daha bir qanlı olay: bir nəfər kilsəyə girib ibadət edən insanları güllə yağışına tutdu - Terrorçu öldürüldü

img

05-11-2017 [23:42]


ABŞ-ın Texsas ştatında qətliam baş verib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, kilsəyə daxil olan bir kişi ibadət edən insanlara atəş açıb.

Yerli qaynaqların xəbərinə görə, "First Baptist Church of Sutherland Springs" kilsəsinə edilən hücumda çoxlu sayda insan ölüb, xeyli yaralı var.

Hücumun 26 yaşlı Devin Kelli adı ABŞ vətəndaşı tərəfindən törədildiyi açıqlanıb.

Son məlumata görə, hadisə nəticəsində 26 nəfər ölüb, 30-dan çox yaralı var. 

Məlumata görə, qətliamı törədən şəxs də hadisə yerində öldürülüb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA