Bu telekanallara əlavə vəsait ayrlacaq - Gələn ilin büdcəsindən

img

04-11-2017 [17:44]


"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) və İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) gələn ilin dövlət büdcəsindən ayrılan vəsaitin həcmi açıqlanıb.

"Report” xəbər verir ki, 2018-ci ilin dövlət büdcəsi layihəsinə əsasən, AzTV-yə növbəti ildə 31 822 507 (2017-ci ildə 31 085 914 AZN olub), İTV-yə isə 11 618 112 (2017-ci ildə 11 315 472 AZN olub) manat vəsait nəzərdə tutulub.

Qeyd edək ki, AzTV üçün vəsaitin həcmi 736 593, İTV üçün isə 302 640 manat artırılıb.  

Qeyd edək ki, büdcə layihəsi noyabrın 7-də komitələrin birgə iclasında müzakirəyə çıxarılacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA